Argentinanın yeni prezidenti iqtisadi fövqəladə vəziyyət elan etdi | Banco.az

Argentinanın yeni prezidenti iqtisadi fövqəladə vəziyyət elan etdi

Müəllif:Mehin Qasımova/Banco.az

Argentina prezidenti Xavyer Miley 31 dekabr 2025-ci ilə qədər iqtisadiyyat, səhiyyə və sosial sektorlarda fövqəladə vəziyyət elan edib.

Banco.az xəbər verir ki,  müvafiq fərman hökumət qəzetində dərc olunub.

Sənəddə deyilir: “2025-ci il dekabrın 31-dək iqtisadi, maliyyə, fiskal, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilsin”.

Ümumilikdə, fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişikliklər edir.

Fərman dərc edildiyi gündən qüvvəyə minir. Eyni zamanda hökumət onu Konqresə təqdim etməli olacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram