Müəllif: Tamara Mustafayeva, Banco.az
Argentinada tətbiq edilən sərt qənaət tətbiqləri və 250 faizi keçən inflyasiya səbəbindən ərzaq qiymətlərinin yüksəlməsi xalqı aclıqla qarşı-qarşıya qoyub.
Banco.az xəbər verir ki, Argentina ifrat sağçı Xavyer Miley hökumətinin sərt qənaət siyasəti ilə üçrəqəmli inflyasiyanı azaltmağa çalışır.
Ölkə son illərin ən ağır iqtisadi böhranını yaşayır və bu qənaət tədbirləri xərcləri artıraraq insanları iqtisadi cəhətdən sıxışdırır.
Ötən il dərc edilən hesabatların birinə görə, ölkədə yoxsulluğun səviyyəsi 40 faizdən 60 faizə qədər yüksəlib.
“Reuters”in məlumatına görə, ölkə vətəndaşları zibil qablarından ərzaq tullantılarını toplayır və onları süfrələrinə aparırlar. Ölkənin dəfələrlə belə dövrlərdən keçdiyini vurğulayan satıcılar ilk dəfə bu qədər insanın evlərinə yemək aparmaq üçün zibilləri axtardıqlarını deyirlər.
Xavyer Miley sosial rifah proqramlarını sadələşdirməyə çalışarkən, böhranla mübarizə üçün bəzi kəskin tədbirlər, o cümlədən hökumət xərclərinin kəskin şəkildə azaldılması və kommunal xidmətlər və nəqliyyat kimi sahələrdə subsidiyalar təqdim edib.
Bununla yanaşı, onun hökuməti dekabr ayında pesonu 50 faizdən çox devalvasiya edərək inflyasiyanı daha da artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!