Müəllif - Aida İsaq, Banco.az
Mart ayında Argentinada inflyasiya bazar gözləntilərini aşaraq son 20 ilin ən yüksək həddinə çatıb.
Banco.az xəbər verir ki, Argentina Milli Statistika İnstitutundan verilən açıqlamaya görə, istehlak qiymətləri martda əvvəlki ayla müqayisədə 7,7 faiz artıb. Müvafiq səviyyənin 7,1 faiz olacağı gözlənilirdi. Əvvəlki ilin eyni ayı ilə müqayisədə qiymət artımı 104,3 faizə çatıb. Beləliklə, 1991-ci ildən bəri ən yüksək illik artım tempinə nail olunub.
Qeyd edək ki, bu, Argentinanın 1990-cı illərin əvvəllərində hiperinflyasiya böhranından çıxmasından bəri ən pis dövrdür. Ekspertlər hökümətin ən qısa zamanda zəruri addımlar atmasının vacibliyini vurğulayır.
Bizi sosial şəbəkələrdən izləyin!!