Argentinada faiz dərəcəsi 5 ilin pik həddinə çatıb | Banco.az

Argentinada faiz dərəcəsi 5 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentina Mərkəzi Bankı da faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankı (BCRA) yüksək inflyasiyanın qarşısını almaq və valyutanın dəyərdən düşməsini cilovlamaq üçün uçot dərəcəsini 1000 baza bəndi artırıb.

Bank ölkənin rəsmi valyutası olan pesodakı satış əməliyyatlarından sonra faiz dərəcəsini 81 faizdən 91 faizə yüksəldib. Bu, 2019-cu ildən bəri qeydə alınan ən yüksək göstərici olub. Bu, həmçinin prezident Alberto Fernandes hökumətinin 3,5 illik səlahiyyət müddətində ən böyük faiz artımı kimi qeyd edilib.

Xatırladaq ki, illik inflyasiyanın 100 faizdən yuxarı olduğu və valyutanın kəskin dəyərdən düşdüyü Argentinada Mərkəzi Bank bir neçə həftə ərzində ikinci dəfə faiz dərəcələrini artırıb. Belə ki, bundan əvvəlki artım 300 baza bəndi olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et