Argentina prezidenti ölkədə iqtisadi artımın başladığını elan edib | Banco.az

Argentina prezidenti ölkədə iqtisadi artımın başladığını elan edib

Müəllif:Ayşən İmanova/Banco.az

Argentina iqtisadiyyatı çətin dövrlərdən keçdi, tənəzzül başa çatdı və artım başladı.

Banco.az xəbər verir ki, bunu respublikanın prezidenti Xavyer Miley ölkə rəhbəri olmasının birinci ili münasibətilə xalqa müraciətində deyib.

"Bu gün qürurla və ümidlə deyə bilərəm ki, biz od sınağından keçdik: tənəzzül başa çatdı, ölkə nəhayət böyüməyə başlayır”, - Miley bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Argentina prezidenti inflyasiyanın yavaşladığını və büdcə kəsirinin azaldığını açıqlayıb.

Argentina lideri onu da vurğulayıb ki, prezident olduğu bir il ərzində o, idxalçılar qarşısında borc məsələsini həll etməyə, eləcə də ölkənin qızıl-valyuta ehtiyatlarını artırmağa nail olub. Bundan əlavə, valyuta məzənnələri ilə bağlı vəziyyətin sabitləşməsi sayəsində Mileyin sözlərinə görə, ölkədə əsas əmək haqqı 300 dollardan 1100 dollara yüksəlib.