Argentina Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb | Banco.az

Argentina Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentina Mərkəzi Bankı faiz dərəcəsini 600 baza bəndi artırıb.

Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankı (BCRA) tərəfindən yayılan bəyanatda uçot dərəcəsinin 600 baza bəndi artırılaraq 97 faizə çatdırıldığı qeyd olunub.

BCRA-nın bəyanatında həmçinin bildirilib ki, faiz artımı qərarı yerli valyuta ilə investisiyalardan müsbət real gəlir əldə etmək və maliyyə dəyişkənliyinin inflyasiya gözləntilərinin hərəkətverici qüvvəsi rolunu oynamasının qarşısını almaq məqsədinə əsaslanır.

Xatırladaq ki, aprel ayında Argentinada inflyasiya aylıq 8,4 faiz, illik isə 108,8 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram