Müəllif: Tamara Mustafayeva, Banco.az
Argentina Mərkəzi Bank uçot dərəcəsini 300 baza bəndi artırıb.
Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankı (BCRA) ölkədə inflyasiya üçrəqəmli həddə çatdıqdan sonra faiz dərəcələrini 300 baza bəndi artıraraq 75 faizdən 78 faizə qaldırıb.
Qeyd edək ki, mərkəzi bankın bu qərarı fevralda illik inflyasiya 102,5 faiz təşkil edərək 1991-ci ildəki hiperinflyasiya dövründən bəri ilk dəfə üç dəfə artdıqdan sonra verilib.
Ölkədə qiymətlər ayda 6,6 faiz artaraq proqnozları üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!