Argentina Mərkəzi Bankı pul siyasətində dəyişiklik edib | Banco.az

Argentina Mərkəzi Bankı pul siyasətində dəyişiklik edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentina Mərkəzi Bankı göstərici olaraq qəbul etdiyi faiz dərəcəsini dəyişib.

Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankı borclanma xərclərini azaltmaq məqsədi ilə pul siyasəti üçün indikator alətini dəyişib.

Bank dörd həftəlik vekselləri bir günlük əməliyyatlara dəyişdirib.

28 günlük Leliq faiz dərəcəsini göstərici kimi qəbul edən Mərkəzi Bank yeni göstərici faiz dərəcəsinin 100 faiz olan 1 günlük tərs repo faiz dərəcəsi olacağını açıqlayıb. Bank həmçinin bundan sonra Leliq əməliyyatlarını həyata keçirməyəcəyini də elan edib.

Xatırladaq ki, 28 günlük Leliq faiz dərəcəsi 133 faiz səviyyəsində idi.

Qeyd edək ki, dünən atılan bu addım Argentina bankları üçün pesonun sərbəst buraxılması və xəzinə veksellərinə tələbin gücləndirilməsi məqsədi daşıyır. Mərkəzi bankın bəyanatından qısa müddət sonra hökumət çərşənbə günü üç ilə qədər ödəmə müddəti olan peso borc hərracının təfərrüatlarını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram