Argentina Mərkəzi Bankı faiz dərəcəsini yenidən aşağı salıb | Banco.az

Argentina Mərkəzi Bankı faiz dərəcəsini yenidən aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentina Mərkəzi Bankı ölkədə inflyasiya tendensiyası yavaşladığından uçot dərəcəsini aşağı salıb.

Banco.az xəbər verir ki, Argentina prezident Xavyer Mileinin dövründə altıncı dəfə faiz dərəcəsini azaldıb.

Argentina Mərkəzi Bankı faiz dərəcəsini 50 faizdən 40 faizə endirib. Ötən ilin dekabr ayında ölkədə uçot dərəcəsi 133 faiz səviyyəsinə çatmışdı.

Faiz dərəcələrinin endirilməsi ilə yanaşı, mərkəzi bankın balansını azaltdığı da müşahidə edilib.

Məlumat üçün qeyd edək ki, Argentinada aylıq inflyasiya Mileinin dekabrın 10-da vəzifəyə başlamasından sonra zəifləyərək dekabrdakı 26 faizdən aprel ayında 8,8 faizə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et