Argentina müddəti başa çatan 1.3 milyard dollarlıq borca görə iflasa uğrayıb. Borcun ödənməsini tələb edən kreditorlarla ABŞ-da reallaşan görüşlər uğursuzluqla nəticələnib, ölkə iqtisadiyyatı müflisləşib. Bu barədə "Reuters" agentliyindən məlumat verilib.
Kredit reytinq qurumu "Standart and Poors" Argentinanın kredit reytinqini "seçimli inad" kimi qiymətləndirib. Argentina ilə kreditorlar arasında ABŞ-da iki gündür davam edən müzakirələr nəticəsiz qalıb. Bununla da, Argentina iqtisadiyyatı 13 il ərzində ikinci dəfə iflas edib.
Ölkənin 30 iyunda başa çatan faiz borclarını ödədiyini söyləyən Argentina iqtisadiyyat naziri Aksel Kicillof isə texniki olaraq müflisləşmədiklərini bildirib.
Mənbə: deyerler.org