Argentina Avropaya bioloji dizel ixrac edəcək | Banco.az

Argentina Avropaya bioloji dizel ixrac edəcək

Argentinanın Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada Avropa İttifaqının qiymət siyasəti çərçivəsində ədalətsiz rəqabətin qarşısını almaq üçün dayandırdığı bioloji dizel satışının bərpa ediləcəyi bildirilib.

Açıqlamada Avropa Komissiyasının 28 ölkədə qüvvədə olacaq sazişi qəbul edildiyi vurğulanıb. Saziş çərçivəsində Komissiya üzv ölkələrə Argentinadan idxal olunacaq bioloji dizel üçün 25 faizdən 33,4 faizə qədər anti-dempinq vergisinin tətbiqini təklif edəcək. Bununla əlaqədar olaraq, bioloji dizel idxalı üçün tutulan gömrük vergisinin dərəcəsi aşağı salınacaq.

Avropa Komissiyası bioloji dizelin xammalı olan bitkilərə idxal vergisinin tətbiq edilməsinin zəruriliyi səbəb göstərilməklə, 2012-ci ildə Argentina və İndoneziyadan idxal olunan mallarla bağlı təhqiqata başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Təhqiqat nəticəsində Komissiya belə qənaətə gəlmişdi ki, Argentinanın soya, İndoneziyanın palma yağına ixrac vergisi tətbiq etməsi istehsalçılara xammal üçün subsidiya verilməməsinə səbəb olur. Buna görə də 2013-cü ildə bu ölkələrdən ixrac edilən mallara anti-dempinq vergisi qoyulmuşdu.

Ölkələr arasındakı anlaşılmazlığa Dünya Ticarət Təşkilatı tərəfindən reaksiya verildiyinə görə, Avropa İttifaqı həmin vergini ləğv etmək məcburiyyətində qalmışdı.

Vergiler.az