Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin 31 dekbar tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.
Banco.az Fonda istinadən xəbər verir ki, inkişaf etmiş ölkələr üzrə bu göstərici 64,8%, inkişaf etməkdə olan ölkələr üzrə 14,4%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 8,8% təşkil edib.
Qeyd edək ki, sərmayələrin qalan hissəsi (12%) qızılın payına düşüb.
2022-ci ilin eyni dövründə bu göstəricilər inkişaf etmiş ölkələr üzrə 63,9%, inkişaf etməkdə olan ölkələr üzrə 16,4%, beynəlxalq maliyyə təşkilatları üzrə 7,6%, qızıl üzrə isə 12,1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!