ARDNF-nin "Şahdəniz"dən gəlirləri 6%-dən çox artıb | Banco.az

ARDNF-nin "Şahdəniz"dən gəlirləri 6%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 141 mln. dollar təşkil edib.

Banco.az Fonda istinadən xəbər verir ki, bu da illik müqayisədə 69 milyon dollar və ya 6,4% çoxdur.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə illik müqayisədə 2,7% artaraq 259,6 mln. dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram