ARDNF-nin Müşahidə Şurasında yeni TƏYİNAT | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ARDNF-nin Müşahidə Şurasında yeni TƏYİNAT

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyində dəyişiklik baş verib.

"APA-Economics" xəbər verir ki, prezident İlham Əliyevbununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub. N. Əmirov Vahid Axundovu əvəzləyib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının sədri baş nazir Artur Rəsizadədir. Şuranın digər üzvləri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Sahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rustamovdur.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovdur.