ARDNF-nin investisiya portfelinin 15%-i inkişaf etməkdə olan ölkələrin payına düşüb | Banco.az

ARDNF-nin investisiya portfelinin 15%-i inkişaf etməkdə olan ölkələrin payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin 30 iyun tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Banco.az Fonda istinadən xəbər verir ki, inkişaf etmiş ölkələr üzrə bu göstərici 66,5%, inkişaf etməkdə olan ölkələr üzrə 15%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,1% təşkil edib.

Qeyd edək ki, sərmayələrin qalan hissəsi (11,5%) qızılın payına düşüb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram