ARDNF inkişaf etmiş ölkələrdə investisiyalarını artırıb | Banco.az

ARDNF inkişaf etmiş ölkələrdə investisiyalarını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin 1 iyul tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Banco.az Fonda istinadən xəbər verir ki, inkişaf etmiş ölkələr üzrə bu göstərici 65,3%, inkişaf etməkdə olan ölkələr üzrə 12,3%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,6% təşkil edib.

Qeyd edək ki, sərmayələrin qalan hissəsi (14,8%) qızılın payına düşüb. 

1 aprel tarixinə inkişaf etmiş ölkələr üzrə bu göstərici 65%, inkişaf etməkdə olan ölkələr üzrə 13,8%, beynəlxalq maliyyə təşkilatları üzrə 8%, qızıl üzrə isə 13,2% təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram