"Arçelik" Misirə 100 milyon dollar sərmayə qoyacaq | Banco.az

"Arçelik" Misirə 100 milyon dollar sərmayə qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin “Arçelik” firması Afrika qitəsində böyük həcmli investisiya qoyuluşu həyata keçirəcək.

Banco.az xəbər verir ki, Misir Sənaye və Ticarət Nazirliyindən verilən yazılı bəyanata görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin Şarm əl-Şeyxdə keçirilən 27-ci Konfransı çərçivəsində Misirin Sənaye və Ticarət naziri Əhməd Semir “Arçelik A.Ş.” CEO-su Hakan Bulgurlu ilə görüşüb.

Sözügedən investisiya qoyuluşu ilə bağlı təfərrüatları bölüşən Misirli nazir “Arçelik” firmasının 100 milyon dollar investisiya ilə illik 1,5 milyon elektron cihaz istehsal gücünə malik fabrik quraraq daxili bazarda genişlənməyi və xaricə ixracı planlaşdırdığını qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin bildirib ki, türk firmanın ölkəsində açmağı planlaşdırdığı fabrikdə təxminən 2 min misirlinin işlə təmin ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et