Araz Ağalarovdan biznes sitatlar | Banco.az

Araz Ağalarovdan biznes sitatlar

Oxucularımızın ən sevdiyi biznesmenlər sırasında Araz Ağalarovun xüsusi yer tutduğunu nəzərə alaraq, Banco.az portalı sizə onun ən seçmə sitatlarını təqdim edir. Uğurlu biznesmenlərdən öyrənməkdə fayda var.

Bilməyənlər üçün qeyd edək ki, Araz Ağalarov Azərbaycan əsilli, Rusiyalı iş adamıdır, “Crocus Group”un təsisçisidir. Milyarderin hazırda sərvəti, 18 milyard dollar həcmində qiymətləndirilir. Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub və 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə institutu bitirərək Moskvaya gedib.

Dünyanın istənilən ölkəsində adi təsərrüfat fəaliyyəti ilə məşğul olan insanı barmaqlıqlar arxasında görmək mümkündür.

Mən həddindən çox işləyirəm. Mən hətta yuxuda da işləyirəm. Ona görə də məndə hər şey alınır.

Gərgin iş rejiminə öyrəşmiş insan üçün istirahət əsl işgəncədir. Sən başa düşürsən ki, vaxtını sadəcə boş yerə sərf edirsən, bunun əvəzində isə maraqlı və faydalı nəsə yarada bilərdin. Sən isə bunun əvəzində ya çimərlikdə ya da, divanda uzanmısan.  

Əgər mən kiminləsə birlikdə işləsəm, onun fikri ilə hesablaşmalı olacaq və nəyi necə etməyi müzakirə etməli olacağam. Belə halda isə  indiki – hər şeyi öz düşüncəmə görə etmək və qərarları sərbəst vermək komfortum məhdudlaşacaq. Buna isə mən, hansı maliyyə çətinliyi olursa-olsun yol vermərəm.

İstənilən biznes – bəli, əslində istənilən biznes pulla ölçülür, yəni istənilən biznezin nəticəsi mənfəət – pul olmalıdır.  Və mən düşünürəm ki, bu mənim başlıca nöqsanımdır, çünki iş elə gətirib ki,  mənim üçün biznesin əsas nəticəsi pul deyil, Bəlkə də bu düzgün deyil. Mənim üçün istənilən biznesin nəticəsi – yeni bir layihədir, hamının dillər əzbəri olacağı, heç kəsin dilindən düşməyəcəyi bir layihə. Onun haqqında danışmalıdırlar,  bütün dünya belə bir şeyin baş verməsindən xəbər tutmalıdır. Hələ ki mən buna nail ola bilirəm.

Ən sərfəli kredit üçün müraciət et

Mən nə inşaatçıyam, nə tədarükçü, nə də ki pərakəndəçi, mən dirijoram: sadəcə çalışıram ki, hər şey uyuşsun və gözəl alınsın.

Dürüstlük  - istənilən qarşılıqlı əlaqələri asanlaşdırır.

Mən ideya axtarmalı olmuram –onlar yuxudaikən məni tapır.

Nəyisə ağ vərəqdən başlayıb və tam sıfırdan yaradanda – başa düşürsən ki, belə hisslərdən ötrü yaşamağa dəyər.

Pul – mənim üçün hər şeydən öncə öz ideyalarımı gerçəkləşdirmək vasitəsidir. Əgər mənim 10 milyard həqiqi pulum olsa belə, mən onları yenə növbəti bir layihənin reallaşmasına yatıraram. Nə isə yeni, fantastik, ağlasığmaz və dəlisov bir şey düşünürəm. Düşünərəm və yatırım edərəm.  

Hər şeyə rəğmən, biznesdə ən vacibi intuisiyadır.  

Yalnız işləməyən və qarşılıqlı fəaliyyətə girməyən adamın problemi olmaz. Əgər hardasa çətinlik varsa – deməli orda iş prosesi gedir.  

Mənim üçün biznesdə avtoritet yoxdur. Ümumiyyətlə mən uğur qazanmış insanlara daha sadə yanışıram. Əgər kiminsə haqqında "O, bunu edib, buna nail olub, belə edib və s” tipli sözlər deyirlərsə, mən deyirəm ki, nə olsun, mən onun yerində olsaydım, daha çoxuna nail olmuşdum. Bəlkə də bu məsələdə mən yanılıram, amma belə düşünməyi tərgitmək fikrində deyiləm.