AQTA qida sahəsində çalışan sahibkarlara müraciət etdi | Banco.az

AQTA qida sahəsində çalışan sahibkarlara müraciət etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha müraciət edərək bildirir ki, qida sahəsində həyata keçirilən auditlər – reydlər, yoxlamalar, idxal-ixrac, baytarlıq və fitosanitar şəhadətnamələr, sertifikatlar, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləşmə prosesi zamanı istənilən qanunsuz tələblər, yaxud sui-istifadə halları ilə rastlaşdıqda öz qanuni mənafelərini müdafiə etməklə vətəndaş mövqeyi ortaya qoyaraq,  AQTA-nın 1003 – Çağrı Mərkəzinə dərhal məlumat versinlər. 

Ən sərfəli kredit üçün müraciət et

“Qida təhlükəsizliyi” anlayışının əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Agentlik prosesdə iştirak edən bütün tərəfləri – sahibkarları, istehlakçıları, eyni zamanda hər bir vətəndaşı sosial məsuliyyətdən irəli gələn əsl vətəndaş mövqeyi ortaya qoymağa, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdə aktiv iştiraka dəvət edir.

Ən sərfəli krediti almaq üçün müraciət et