Müəllif: Gülnar Əhmədli, Banco.az
Aprel ayının əvvəlindən bəri Mərkəzi Bankda 3 hərrac (2, 4 və 9 aprel tarixlərində) keçirilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu 3 hərracda tələb 241,3 milyon dollar təşkil edib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bayram ilə əlaqədar cari həftənin çərşənbə axşamı qeyri-iş günü olduğundan bu həftə ərzində 1 hərrac keçirilib. Növbəti hərrac qrafik üzrə 16 aprel 2024-cü il tarixində təşkil ediləcək.
|
Hərrac (aprel ayı) |
Tələb |
|
9 aprel |
78,9 milyon dollar |
|
4 aprel |
64,5 milyon dollar |
|
2 aprel |
97,9 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!
