Apreldə “Kapital Bank”ın səhmdarları toplaşacaq | Banco.az

Apreldə “Kapital Bank”ın səhmdarları toplaşacaq

Aprelin 4-də saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq "İzmir Plaza"da baş tutacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, “Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi, “Hesablama Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi, “Kapital Bank”ın Müşahidə Şurasının əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi, “Kapital Bank”ın Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi, Bankın 2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, Bank tərəfindən 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az