Aprel ayının ən yaxşı reklam çarxları - Top10 | Banco.az

Aprel ayının ən yaxşı reklam çarxları - Top10

Ulduzlarda hosteldə qala bilərmiş...

Məşhur ulduz Maria Karey ucuz hostelə gələrsə nə baş verər? Beynəlxalq Hostel Rezervasiya saytı “Hostelworld”un reklam çarxında məhz bu hadisə baş verir.

Böyümək insanı azad etmir!

Karavan şirkəti “Go RVing Canada” yeni reklam filmində insanları vəhşi təbiətə geri dönməyə çağırır. Film “Doug&Partners” reklam agentliyi ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib. Filmin rejissoru isə Con Mastromonakodur.

Cins parçadan yelkən hazırlamaq

Yaponiyanın cins parça istehsalçısı “Kalhara Denim” məhsullarının keyfiyyətini göstərmək üçün açıq hava reklamına imza atıb. “Cruising Jeans” adlı reklam kampaniyasında yelkən 40 gün boyunca gün işığı, duz, dəniz suyuna məruz qalır. Yelkəni cins parçadan hazırlanan gəmi 700 kilometr boyunca 14 liman gəzir. Amma bu müddətdən sonra belə, yelkənin keyfiyyəti olduğu kimi qalır. Film “Hakuhodo Inc” reklam agentliyi ilə birgə ərsəyə gətirilib.

Hansı gələcəyi seçirsiniz?

“The University of Melbourne” “McCann Erickson Melbourne” reklam agentliyi ilə birgə ərsəyə gətirdiyi reklam filmində gənc və onların valideynlərinə səslənib. Reklam filmində vurğulanır ki, tək bir gələcək yoxdur. Birdən çox gələcək var. Seçim isə sizin əlinizdədir.

Filip Kolterin kitabının üstünə kif yapışdırdılar

“Ukrayna Marketinq Forum” hər il yeni konfrans təşkil edir. Amma Foruma qatılanların sayı həmişə aşağı olur. Forumun təsisçiləri bu aşağı göstəricidən şikayət edirlər. Reklam filmində göstərilir ki, artıq doqma olan fikirlərin üstündən xətt çəkməyin vaxtıdır. Yeni nələrsə öyrənmək üçün bizə qoşul.

“Kleenex” kobudluğa məruz qalan uşaqlara ayağa qalxın deyir!

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq salfet markası “Kleenex” yeni reklam filmində Taylandın ən yaxşı boksçusu Rika Ishigenun həyatından bəhs edir. Marka reklam filmində vurğulayır ki, kobudluğa məruz qalan uşaqlar ayağa qalxmalıdır.

Öyrənmək eşqi qitə tanımır

Cənubi Amerika təhsilin keyfiyyəti aşağı olan qitələr siyahısına daxildir. Cənubi Amerikanın ən böyük bankı “Mibanco da Peru” bu problemə biganə qalmayıb. Yeni “dəyərli məktəbli uşaqlar”ı adlı kampaniyaya start verib. “Zavalita Brand Building” reklam agentliyi bununla ilk film layihəsinə başlayıb. Espirituda çəkilən reklam filminin rejissoru isə Jorge Carmonadur.

Başqa bir qətliam olmasın deyə nəsə de!

2012-i ildə Connecticut yerləşən “Sandy Hook Elementary School”da 20 uşaq qətliam nəticəsində vəfat etdi. Qətliam nəticəsində vəfat edənlərin ailə və doğmaları tərəfindən “Sandy Hook Promise” Fondu yaradılıb. Fond son reklam filmi ilə məktəbləri anonim xəbədarlıq sistemini qurmağa təşviq edir.

İmtahan stressini ata-ana yaşayarsa nə olar?

Hindistanda yazı məhsulları istehsalçısı şirkəti imtahandan öncə uşaqlara edilən təzyiqin acı nəticələrindən danışır. İnternetdə yayılan reklam filmi J. Walter Thompson (JWT) Mumbai agentliyi ilə birgə ərsəyə gətirilib.

Dünyanın ən pis mahnısını dinləməli olan qadının dramı

Fransız pərakəndə zənciri “Monoprix” yeni tətbiqini tanıtmaq üçün əyləncəli yola əl atıb. Reklam filmində ən pis mahnıya qulaq asmalı olan gənc qızın dramını izləyirik. Reklam filmi Fransanın “Rosapark” kreativ agentliyi tərəfindən ərsəyə gətirilib.

Mənbə: Facemark.az