Aprel ayının ən gəlirli valyutası | Banco.az

Aprel ayının ən gəlirli valyutası

Rubl aprel ayının ən gəlirli valyutası adlandırılıb.  Bloomberg bunu dünyada bütün valyutalar arasında ən yaxşı nəticə hesab edib.

Bir ay ərzində Rusiya valyutası ABŞ dollarına qarşı 12% möhkəmlənib. Dollara nisbətən bahalaşmış (103) valyutaların ümümi sayı ucuzlaşmış (52) valyutalara nisbətən aprel ayı ərzində ikiqat artıb.

Rublun dollara nisbətən mütləq minimu qeyd olunduğu 30 yanvar 2015-ci il tarixindən bu günədək Rusiya valyutası 20% çox möhkəmlənib.

Moskva vaxtı ilə 19:38-a olan məlumata görə, Moskva birjasında satışlar zamanı 1 ABŞ dollarının məzənnəsi 51,62 rubl təşkil edib. Bu zaman avronun kursu 57,35 rubl olub.

2014-cü ilin nəticəsinə görə, rubl dünyanın ən zəif valyutaları sırasında idi. Bir il ərzində o ABŞ dollarına nisbətən 41%-ə qədər ucuzlaşmışdı.

Bu neftin dünya bazarında kəskin ucuzlaşması, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, həmçinin Ukraynada yaranmış vəziyyətlə bağlı olub.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com