İnternetdə gizli səhifə aşkarlanıb. Bu səhifəni tapanlar “Apple” korporasiyasının iş elanına yönləndirilirmiş.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The İndependent” xəbər yayıb.
Səhifəni “ZDNet”in jurnalisti Zek Uittaker (Zack Whittaker) tapıb. Gizli elan “us-east-1.blobstore.apple.com” saytında yerləşdirilibmiş. Hazırda bu səhifə açılmır, lakin “keş”də qalıb. “Apple” nümayəndələri simvolların vasitəsilə şirkətin loqotipini təsvir ediblər (dişlənmiş alma), eləcə də vakansiyanı təsvir ediblər. Gizli məktubun əvvəlində yazılıb: “Salam! Sən bizi tapdın”. Müraciət “Apple” ekosisteminin aparıcı elementi olacaq istedadlı mühəndisə ünvanlanıb.
Qeyd edək ki, “Apple” əksər sosial şəbəkələrdə səhifə yaradıb, lakin “Instagram” istisna olmaqla, bu səhifələrin hamısı boşdur.