"Apple"ın Çindəki istehsal fabriki 6 milyona yaxın itki verə bilər | Banco.az

"Apple"ın Çindəki istehsal fabriki 6 milyona yaxın itki verə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple”ın Çindəki müəssisəsindəki qarışıqlıq səbəbindən “iPhone Pro” 6 milyona yaxın istehsal itkisi ilə üzləşəcək.

Banco.az xəbər verir ki, mövzuya yaxın mənbələrin məlumatına görə, Çindəki cari hadisələr səbəbindən ABŞ-ın texnologiya nəhəngi “Apple”ın buradakı istehsal fabrikində vəziyyət qeyri-stabil olaraq qalır. 

Fabriki idarə edən “Foxconn”un şiddətli etirazlardan sonra işçiləri istehsal xətlərinə qaytara bilib-bilməyəcəyi istehsaldakı itkinin həcmini müəyyən edəcək. Karantin tədbirləri qarşıdakı həftələrdə də davam edərsə, daha böyük itkilər qeydə alına bilər.

Qeyd edək ki, “Foxconn” fabriki “Apple”ın bu il ən çox tələb olunan yeni “iPhone 14 Pro” modelini istehsal edir. “iPhone 14 Pro”isə “iPhone 14” modellərinə azalan tələbi kompensasiya edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et