"Apple"ın bazar dəyəri yenidən 3 trilyon dolları keçib | Banco.az

"Apple"ın bazar dəyəri yenidən 3 trilyon dolları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Apple" şirkətinin bazar kapitallaşması növbəti dəfə 3 trilyon dolları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Apple"ın bazar dəyəri ötən ilin yanvarından bəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb.

İlin əvvəlindən bəri səhmləri ümumilikdə 50 faizdən çox bahalaşan "Apple"ın bir səhminin qiyməti 1 faizdən çox artaraq

193,15 dollar olub.

Beləliklə, dünyanın ən dəyərli şirkəti olan "Apple"ın bazar dəyəri 3,03 trilyon dollara çatıb.

Xatırladaq ki, bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan şirkətin 19 avqust 2020-ci ildə isə bazar dəyəri 2 trilyon dollara çatmışdı. Daha sonra bazar kapitallaşması ilk dəfə 2022-ci ilin yanvarında qısa müddət ərzində 3 trilyon dolları ötüb və bununla da "Apple" 3 trilyon dollarlıq bazar dəyərinə çatan ik şirkət olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram