Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple” şirkətinin smart saatlarına ABŞ-da tətbiq edilən satış qadağası davam edəcək.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” tərəfindən istehsal olunan və qanda oksigen səviyyəsini ölçmə qabiliyyətinə malik “Apple Watch Ultra 2” və “Apple Watch Series 9” modellərinin satışına qoyulan qadağa sabahdan etibarən davam edəcək.
Belə ki, ABŞ Federal Apellyasiya Məhkəməsi sağlamlıq texnologiyaları şirkəti “Masimo” ilə patent mübahisəsi səbəbiylə bəzi “Apple” saatlarının satış qadağasının qüvvəyə minməsinə mane olan ilkin qərarı apellyasiya müddəti boyunca qədər ləğv edib.
Bununla da, müvəqqəti olaraq dayandırılan satış qadağası sabahdan etibarən davam edəcək.
Xatırladaq ki, beynəlxalq ticarət mübahisələrinə nəzarət edən ABŞ Beynəlxalq Ticarət Komissiyası 2023-cü ilin oktyabrında “Apple Watch”un qanda oksigen səviyyəsini ölçmə qabiliyyətinin “Masimo”nun nəbz oksimetrinin patentlərini pozduğuna dair qərar vermişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!