“Apple”ə görə “Qualcomm” 1 milyard Avro cərimə edildi | Banco.az

“Apple”ə görə “Qualcomm” 1 milyard Avro cərimə edildi

24 Yanvar 2018-ci il tarixində Avropada əsas antiinhisar tənzimləyici orqan olan Avropa Komissiyası ABŞ-ın məşhur çipmaker(chipmaker) şirkəti “Qualcomm”Apple  şirkətini rüşvət qarşılığında onun xeyrinə qərar çıxarmaqda ittiham edərək onu 1 milyard Avro məbləğində cərimələmişdir.

Avropa Komissiyasının rəqabət məsələləri üzrə üzvü Margrete Vestaqer(Margrethe Vestager) Apple şirkətinin çip istehsalı bazarında Qualcommun bazardakı rəqiblərindən deyil, məhz ondan alması üçün onun əsas müştərisi sayılan “Apple”ə milyardlarla amerikan dollarının ödədiyini bildirmişdir. Bu ödənişlər nəinki qiymətləri aşağı salmış eyni zamanda Apple tərəfindən bütün iPhone və iPadlərdə Qualcommun baseband çipsetindən istifadə edilməsi əsas şərt kimi istehsalda yer almışdır. Bu isə o deməkdir ki, heç bir rəqib şirkət onun məhsulunun yaxşı olmasına baxmayaraq Qualcommla bu bazarda səmərəli rəqabət apara bilməz- M.Vestaqer sözünə əlavə etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Avropa Komissiyasının qərarı ilə Qualcomm 997 milyon Avro və ya 2017-ci ildəki gəlirinin 4,7%-ni cərimə kimi ödəməlidir. Buna baxmayaraq Qualcommun bazarı öz inhisarına almaq cəhdinə görə Apple şirkətinə heç bir sanksiya tətbiq edilməmişdir.

Bütün bunlara baxmayaraq ekspertlər Qualcommun texnologiyasının müəyyən aspektlərdə rəqiblərinin məhsullarını üstələdiyi qənaətindədirlər.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et