"Apple" yenidən dünyanın ən dəyərli brendi seçildi | Banco.az

"Apple" yenidən dünyanın ən dəyərli brendi seçildi

2025-ci ildə ardıcıl dördüncü dəfə "Apple" dünyanın ən bahalı brendlərinin siyahısına başçılıq edib.

Banco.az xəbər verir ki, “BrandZ Top 100 Most Valuable Global Brands” reytinqinə görə, ikinci yerdə "Google" (944,1 milyard dollar), üçüncü yerdə isə "Microsoft" (884,8 milyard dollar) qərarlaşıb. "Amazon" dəyərini 50% artıraraq 866,1 milyard dollara çatıb və dördüncü olub.

Ən böyük yüksəlişi isə "Nvidia" göstərib – brendin dəyəri 2,5 dəfə artaraq 509,4 milyard dollar olub və şirkət beşinci sıraya yüksəlib. Onun ardınca "Facebook" (300,7 milyard dollar) və "Instagram" (229 milyard dollar) gəlir. Bu artım nəticəsində “McDonald’s” siyahıda geriləyərək səkkizinci yerə düşüb.

Onluqda həmçinin "Oracle" (215,3 milyard dollar) və "Visa" (213,3 milyard dollar) da yer alıb.

Çin brendləri də diqqət çəkib: "Huawei" (64,7 milyard dollar) və "Xiaomi" (21,9 milyard dollar) dəyərini iki dəfədən çox artırıb. ABŞ-dan isə "VMware" (47 milyard dollar) güclü sıçrayış edən şirkətlərdən olub.

Reytinqə bu il ilk dəfə "ChatGPT" (43,6 milyard dollar, 60-cı yer), "Stripe", "Chipotle" və "Spotify" daxil olub.

Qeyd edək ki, dünyanın ən dəyərli brendlərinin bu siyahısı 2006-cı ildən etibarən Kantar şirkəti tərəfindən hazırlanır və həm maliyyə göstəriciləri, həm də milyonlarla istehlakçının rəyi nəzərə alınır.