“Apple” yeni ödəniş üsulunu təqdim edib | Banco.az

“Apple” yeni ödəniş üsulunu təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aparıcı texnoloji şirkətlərdən biri olan “Apple” yeni ödəniş metodunu təqdim edib.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti “Apple Pay Later” adlı yeni ödəniş metodunu ictimaiyyətə təqdim edib.

İlk dəfə ABŞ-da istifadəyə veriləcək bu metodun müştərilərin alışlarını altı həftə ərzində faizsiz və pulsuz olaraq dörd ödənişə bölməsinə imkan yaradacağı açıqlanıb.

Şirkətdən edilən açıqlamaya görə, istifadəçilər 50-1000 dollar məbləğində “Apple Pay Later” kreditlərini “Wallet”də vahid yerdə izləyə, idarə edə və ödəyə biləcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram