"Apple" yeni məhsullarını təqdim etdi | Banco.az

"Apple" yeni məhsullarını təqdim etdi

Müəllif Mehin Qasımova/Banco.az

"Apple" "Scary Fast" təqdimatında yeni nəsil prosessor və kompüterləri təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

"Apple" yeni "M3" prosessorlarını, "MacBook Pro" və "iMac" kompüterlərini  nümayiş etdirib.

İT nəhənginin nümayəndələri üç nanometrlik "M3" çipləri haqqında danışıblar. Xəttə "M3", "M3 Pro" və "M3 Max" modelləri daxildir. Şirkət  onların performansının "M2" ilə müqayisədə 15-30 faiz artdığını vurğulayıb. 

14 və 16 düymlük "MacBook Pro" noutbukları yeni prosessorlar alıb. Şirkət yeni "M3" noutbuklarının əvvəlki Intel əsaslı MacBook Pro-lardan təxminən 11 dəfə sürətli olduğunu vurğulayıb.

Apple həmçinin "M3" prosessoru alan 24 düymlük "iMac" masaüstü kompüterini də təqdim edib. 

Yenilənmiş 14 düymlük MacBook Pro-nun qiyməti 1599 dollardan , 16 düymlük modeli 2499 dollardan başlayır. Yeni "iMac" minimum 1299 dollar qiymətləndirilib. Satışlar noyabrın 7-də başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, son günlər "Apple" öz rəqəmsal xidmətlərinə abunə qiymətlərini artırıb. Rusiya istisna olmaqla, dünyanın bir çox ölkəsində abunə qiymətləri artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et