"Apple" yeni "iPhone" modellərini təqdim edəcək | Banco.az

"Apple" yeni "iPhone" modellərini təqdim edəcək

"Apple" şirkəti çərşənbə axşamı təqdimat keçirəcək. Mütəxəssislərin fikrincə, tədbirdə "iPhone" smartfonlarının yeni modelləri təqdim olunacaq.

Kaliforniyanın Kupertino şəhərindəki "Apple Park" şəhərciyindəki "Steven Jobs" Teatrında keçiriləcək tədbir şirkətin rəsmi saytında yayımlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Təqdimat yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq. Mütəxəssislər təcrübəyə əsaslanaraq bunun ilk növbədə yenilənmiş "iPhone" xəttinə həsr olunacağını söyləyirlər.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et