“Apple” yeni “iPhone 16” smartfon seriyasını təqdim etdi | Banco.az

“Apple” yeni “iPhone 16” smartfon seriyasını təqdim etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Apple” şirkəti ənənəvi olaraq dörd modeldən ibarət olan “iPhone 16” seriyalı smartfonlarını təqdim edib.

Banco.az xəbər verir ki, təqdimat şirkətin saytında yayımlanıb.

Qeyd olunub ki, “iPhone 16” smartfonları modelindən asılı olaraq alüminium və titandan hazırlanıb.

“iPhone 16”nın diaqonalı 6,1 düym, “iPhone 16 Plus”- 6,7 düym, “iPhone 16 Pro” - 6,3 düym, “iPhone 16 Pro Max” isə 6,9 düymdür. İlk iki modelin çipi A18-dir, Pro isə A18 Pro çipi ilə təchiz olunub. “iPhone 16”nın kamerası - 48 MP-dir.

Bildirilib ki, “iPhone 16” və “Plus” modelləri beş rəngdə satışa çıxarılacaq - çəhrayı, qara, ağ, yasəmən və nanə rəngləri.

Ən sərfəli kredit üçün müraciət et

Korpusun yan tərəflərində düymələr var – “Action Button” (bu, “iPhone 15 Pro”da belə idi) və çəkiliş parametrlərinə sürətli çıxış imkanı verən toxunuşa həssas kamera idarəetmə düyməsi.

“iPhone” artıq həm də yerlərin sadəcə fotoşəkillərini çəkməklə onlar haqqında məlumat axtara və ya avtomatik olaraq hadisələrin cədvəlini təqvimə əlavə edə bilir.

“Apple Intelligence” – “Apple”dan inteqrasiya edilmiş süni intellekt “iPhone”u daha rahat idarə etməyə kömək edəcək. Süni intellekt oktyabrda – “iOS 18.1” ilə birlikdə buraxılacaq.

Qeyd edək ki, ABŞ-da “iPhone 16”nın qiymətləri 799 dollardan, “iPhone 16 Plus” isə 899 dollardan başlayır. “iPhone 16 Pro” 999 dollar, “Pro Max” isə 1199 dollardan başlayır.

Ən sərfəli krediti almaq üçün müraciət et