“Apple” yarım milyard avro məbləğində cərimələnə bilər | Banco.az

“Apple” yarım milyard avro məbləğində cərimələnə bilər

Müəllif:Mehin Qasımova/Banco.az

“Apple” musiqi xidmətləri haqqında qanunu pozduğuna görə 500 milyon cərimə ilə üzləşib.

Banco.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Belə ki, Avropa İttifaqı şirkətə ilk dəfə olaraq 539 milyon dollar məbləğində antiinhisar cəriməsi tətbiq edə və azad rəqabətə mane olan "App Store" qaydalarına qadağa qoya bilər. Şirkətlə bağlı araşdırma 2019-cu ildə İsveç Spotify-ın şikayətindən sonra başlayıb.

Həmçinin, "Apple Music" istifadəçiləri şirkəti iPhone-un əsas ekranından digər xidmətlərin proqramlarını silməkdə ittiham ediblər. “iPhone” sahibləri qeyd ediblər ki, “Apple Music” proqramını silib sonra “App Store”dan yenidən yükləsəniz, proqram ana ekranda yer tutacaq. Hərəkətləri tamamladıqdan sonra xidmət simvolu ana ekranın əsas yerində - dokda görünə bilər. Bu halda, proqram digər xidmətlərin nişanlarını əvəz edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram