“Apple Watch”a satış qadağası tətbiq edilib | Banco.az

“Apple Watch”a satış qadağası tətbiq edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” firması “Apple Watch 9” və “Apple Watch Ultra 2”nin satışını dayandırmalı olub.

Banco.az xəbər verir ki, “Apple Watch 9” və “Apple Watch Ultra 2”nin satışı texnologiya nəhəngi “Apple” ilə tibbi texnologiya şirkəti “Masimo” arasındakı patent mübahisələri səbəbindən dayandırılıb.

Belə ki, “Masimo” “Apple”ın yeni ağıllı saatlarında istifadə edilən SpO2 sensorlarının şirkətin patent hüququnu pozduğunu iddia edib.

ABŞ Beynəlxalq Ticarət Komissiyasının (ITC) apardığı araşdırmalar nəticəsində “Məsimo”nun iddialarında haqlı olduğu qərara alınıb.

Bu səbəbdən də “Apple” sözügedən modellərin satışını dayandırmalı olduğunu açıqlayıb. Şirkətin bəyanatına görə, ABŞ-da satışlar cümə günündən etibarən dayandırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, qərar yalnız ABŞ-ı əhatə edir. Bundan əlavə, pərakəndə satıcılar “Apple Watch 9” və “Watch Ultra 2”ni ehtiyatları tükənənə qədər satmağa davam edə biləcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram