Apple və Samsung yenə də liderdir | Banco.az

Apple və Samsung yenə də liderdir

SomScore şirkəti ABŞ smartfon bazarının vəziyyətini qiymətləndirib.

Qeyd olunur ki, 169 milyon amerikalı smartfon sahibidir. Bu, ABŞ mobil telefonlar bazarının 70 faizi deməkdir. Buna uyğun olaraq, hazırda 72,4 milyon ABŞ sakini adi mobil telefondan istifadə edir. Asymco şirkətinin analitikləri bildiriblər ki, indi iPhone istifadəçilərinin sayı smartfon olmayan qurğu sahiblərinin sayından çoxdur.

Apple 41,9 faizlik payla aparıcı smartfon tədarükçüləri siyahısında birinci yeri tutur. İkinci yerdə 27,8 faizlə Samsung qərarlaşıb. Beləliklə, bu iki şirkət ABŞ smartfon bazarının 70 faizinə nəzarət edir. Liderlər üçlüyünü 6,5 faizlə LG şirkəti tamamlayır.

Ən sərfəli kredit üçün müraciət et

Mobil əməliyyat sistemləri sahəsində daha çox paya Android (52,1 faiz) platforması malikdir. İkinci yeri 41,9 faizlə iOS sistemi tutur.

Smartfonlar üçün digər əməliyyat sistemləri liderlərdən çox geri qalır. Belə ki, Windows Phone mobil əməliyyat sisteminin payı 3,4 faiz, BlackBerry OS-un 2,3 faiz təşkil edir. Daha 0,1 faizə Symbian sistemi malikdir.

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et