Apple və Samsung yaxın zamanlarda tərəfdaş olacaq | Banco.az

Apple və Samsung yaxın zamanlarda tərəfdaş olacaq

İki nəhəng şirkət AppleSamsung artıq tərəfdaş olacaqlarını bildiriblər. Belə ki, bir müddət sonra Samsung televizorları, Apple iTunes və Apple AirPlay 2 funksiyalarını dəstəkləyəcək. AirPlay 2 funksiyası vasitəsi ilə iPhone və iPad istifadəçiləri kontenti mobil videoplayer-dən, televizor ekranına daşıya biləcəklər.

Apple USA. Photo: iStock

Samsung və Apple dünyanın smartfon istehsalı üzrə ən nəhəng üçlükdə qərarlaşırlar. Nəzərə alsaq ki, son on ildə smartfon istehsal sahəsində Samsung və Apple nəhənglərinin rəqabəti xüsusi ilə artıb. Yaxın zamanlara qədər Apple, Samsungdan sonra ikinci pillədə qərarlaşmışdır ki, Huawei onu qabaqlamağa nail olub.

Ən sərfəli kredit üçün müraciət et

Apple dəfələrlə Samsung brendini, plagiatlıqda ittiham etsə də bütün problemlərin həlli hüquq müstəvisində nizamlanıb. Buna baxmayaraq, Samsung Apple üçün əsas komponent təchizatçısı rolunda çıxış edir. Məsələn: iPhone və iPad ekranları.

Güman edilir ki, Apple 2019-cu ilin yarısında streaming xidmətini istifadəyə verəcək (Amazon Prime Video - analoqu olaraq). Bu xidmətə həm ödənişli, həm də ödənişsiz kontent daxil ediləcək. Samsung ilə olan əməkdaşlıq, daha çox insanların bu xidmətdən istifadə etməsini təmin edəcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et