"Apple" və "Samsung" arasında məhkəmə çəkişmələri davam edir | Banco.az

"Apple" və "Samsung" arasında məhkəmə çəkişmələri davam edir

"Apple" və "Samsung" şirkətləri arasındakı münaqişə və rəqabət bitmək bilmir. Martın 31-də "Apple" və "Samsung" şirkətinin yeni məhkəməsi öz işinə başlayacaq. Lakin bu dəfə məhkəmə çox mürəkkəb olacaq. 

Belə ki, 31 martda iki məhkəmə işi eyni vaxtda paralel olaraq başlayacaq. 5 patent hüququnun pozulmasını iddia edən "Apple" şirkəti "Samsung" şirkətini məhkəməyə verib. Həmiçinin buna cavab olaraq,  "Samsung" şirkəti də yeni "iPhone" və "iPad" modellərində "Samsung" şirkətinin 3 patent hüququnun pozulduğunu iddia edərək  "Apple" şirkətini məhkəməyə verib.  

Hər iki şirkətin bir-birini məhkəməyə verməsi mütəxəssislərin marağına səbəb olub. "Apple" şirkəti isə patent hüquqlarını pozduğuna görə "Samsung" şirkətinə hər model üçün 40 dollar məbləğində cərimə tətbiq etmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: deyerler.org

Ən sərfəli krediti almaq üçün müraciət et