Apple və Google TikTok-u tətbiq mağazalarına qaytardı | Banco.az

Apple və Google TikTok-u tətbiq mağazalarına qaytardı

Müəllif  - Eldar Kərimov/Banco.az

Çin sosial şəbəkəsi TikTok-un tətbiqi yenidən App Store və Google Play-də əlçatan olub, MarketWatch xəbər verir.

Apple Inc. və Google (Alphabet Inc.-ə məxsusdur) 19 yanvar tarixində ABŞ-da qüvvəyə minən qadağa səbəbindən TikTok-u öz tətbiq mağazalarından silmişdilər. Lakin ABŞ-ın yeni prezidenti Donald Tramp, vəzifəyə başladığı ilk gündə bu qadağanı təxirə salıb.

ABŞ hökuməti TikTok-a ölkədə fəaliyyətini davam etdirmək üçün 4 aprel tarixinədək mülkiyyət strukturunu dəyişdirmək şərti qoyub. Tramp bəyan edib ki, TikTok-un 50%-i ABŞ-a məxsus olmalıdır.

Amerika mediası cümə axşamı ABŞ-ın baş prokuroru Pəm Bondinin məktubunda Ədliyyə Nazirliyinin TikTok-un qadağan edilməyəcəyini bildirdiyini yazıb.