“Apple” Türkiyəyə satışlarını bərpa edib | Banco.az

“Apple” Türkiyəyə satışlarını bərpa edib

“Apple” şirkəti məhsullarının Türkiyə bazarındakı qiymətini orta hesabla 25 faiz qaldıraraq satışını bərpa edib.

Lirənin kəskin ucuzlaşması üzündən şirkət bu günlərdə ölkədəki rəsmi saytı üzərindən satışlarını dayandırmaq məcburiyyətində qalmışdı. Belə ki, bu həftənin əvvəlində “Apple” məhsulları Türkiyədə ABŞ-dan daha ucuz qiymətə satılırdı.

Xatırladaq ki, Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi ilin əvvəlindən 80 faiz azalıb. Belə ki, yanvar ayında 7,3-dək TL/USD olan məzənnə noyabrın 24-də 13,15 TL/USD-ə çatmışdı, dünən isə 12 TL/USD səviyyəsində sabitləşdi.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et