Fast Company agentliyinin tərtib etdiyi keçən il dərc edilən reytinqə başçılıq edən Apple şirkəti, top-10-luqdakı lider möqveyini itirərək 17-ci pilləyə enib. İnnovativ şirkətlərin yer aldığı siyahının ilk pillələrində tez böyüyən start-up-lar qərarlaşıb. Reytinq tərtib edilərkən əsas olaraq start-up fəaliyyətdən əlavə ətraflarında ekosistemin qurulması, insanların həyatını dəyişə biləcək yeniliklərin gətirilməsi faktoru əsas götürülüb. Bu start-upların əsl məqsədi çətin prosesləri sadə əməliyyatlara çevirərək milyonların həyatını yüngülləşdirməkdən ibarətdir.
2018-ci ildə birinci yerə layiq görülən Çinin Meituan Dianping şirkətinin xidmətlərindən 27,7 milyard əməliyyat həyata keçirən 350 milyon insan istifadə edə bilib.
Məşhur Fast Company agentliyinin tərtib etdiyi reytinqin ikinci piləsində Singapur taksi xidmətləri kimi fəaliyyət göstərən Grab şirkəti qərarlaşıb. Qeyd edək ki, yerli bazardan tanınmış Uber şirkətini, məhz Grab uzaqlaşdırmışdır. Daşınma əməliyyatlarından başqa, şirkət həm də yeməklərin çatdırılma və maliyyə xidmətləri göstərir.
Həmçinin oxu: “iPhone”lar ucuzlaşdırılacaq
Reytinqin üçüncü pilləsində idman oyunlarını qadjetlərə köçürə bilən NBA şirkəti yer alıb. Dördüncü pillədə, mütəxəssislər tərəfindən Netflix-dən daha üstün sayılan yayım xidmətləri göstərən Walt Disney Company qərarlaşıb.
Fast Company mütəxəssisləri Apple şirkətinin 17-ci pillədə yer almasının əsas səbəbi kimi, keçən il ərzində onun platforması üzrə hazırlanan məhsullarda maraqlı yeniliklərin olmadığını qeyd edib. Lakin o da bildirilir ki, Apple hal-hazırda süni intellekt prosessorlarına səhmlər yatırır. Bu isə şirkətin gələcək uğurları üçün əla bir zəmin yarada bilər.
Top 10-da ; Stitch Fix (geyim ), Sweetgreen (ABŞ restoranlarının mobil tətbiqi), Apeel Sciences (meyvə-tərəvəz üçün nəzərdə tutulan bioörtük), Square (ödəniş servisi), Oatly (yulaf südü) və Twitch (Amazon videoservisi) şirkətləri yer alıb.
Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Apple выбыла из топ-10 инновационных компаний
Günel Gözəlova, Banco.az