Tamara Mustafayeva, Banco.az
"Apple" firması "Tokio-2020" Yay Olimpiya oyunlarını dəstəkləmək məqsədilə 22 ölkə üçün məxsusi olaraq dizayn edilən yeni "Watch" saatlarının ekran və kəmərlərini təqdim edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, bu il Tokioda təşkil ediləcək Yay Olimpiya oyunlarından əvvəl tanınmış texnologiya şirkəti "Apple" 22 ölkənin bayraqlarının rənglərini əhatə edən ekran və kəmərləri "International Collection" başlığı ilə təqdim edib. "Watch" modellərinin 40-44 mm-lik versiyaları üçün nəzərdə tutulan kəmərlər məhdud sayda satışa çıxarılacaq. Ekran üçün isə istifadəçilər "App Clip" kodu vasitəsilə müvafiq bayraqları saata yükləyə biləcəklər.
Sözügedən kolleksiyaya daxil olan dizayn nümunələri isə aşağıdakılardır:
ABŞ
Avstraliya, Belçika, Braziliya
Fransa, Almaniya, Birləşmiş Krallıq
Kanada, Çin, Danimarka
Cənubi Koreya, İspaniya, İsveç
Yaponiya, Meksika, Hollandiya
Yeni Zelandiya, Rusiya, Cənubi Afrika
Yunanistan, İtaliya, Yamayka
Xatırladaq ki, bu yeni dizaynlı kəmərlərin qiyməti 46 dollar təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!