“Apple” Tailandda bu dəfə də “MacBook” istehsal etməyi planlaşdırır | Banco.az

“Apple” Tailandda bu dəfə də “MacBook” istehsal etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” Tailandda “MacBook” istehsal etmək üçün təchizatçılarla danışıqlar aparır.

Banco.az xəbər verir ki, Tailandda “Apple Watch” istehsalından sonra “Apple” şirkəti “MacBook”ların istehsalı üçün də tədarükçülərin axtarışındadır.

“Nikkei” qəzetinin xəbərinə görə, ABŞ-ın texlogiya nəhəngi “Apple” Çindən başqa yerlərdə də istehsalını artırmaq siyasəti çərçivəsində Tailandda “MacBook” istehsal etmək üçün hərəkətə keçib.

Məlumata görə, “Apple” ilə danışıqlar aparan təchizatçılar hazırda Tailandda digər müştərilər üçün istehsal müəssisələri olan şirkətlərdir. Danışıqlar “Macbook” komponentlərinin və modullarının istehsalı və yığılması ilə bağlı müzakirələri əhatə edir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Apple” şirkəti  bir ildən çoxdur ki, Tailandda “Apple Watch” istehsal edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et