"Apple" süni intellektlə işləyən masaüstü robotunu təqdim etməyi planlaşdırır | Banco.az

"Apple" süni intellektlə işləyən masaüstü robotunu təqdim etməyi planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikanın texnologiya nəhəngi "Apple" süni intellekt (AI) texnologiyasına malik qadcetlər xəttini genişləndirməyi planlaşdırır. Şirkət bu çərçivədə masaüstü robot yaratmağı da nəzərdə tutur.

Banco.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Apple 2027-ci ildə quraşdırılmış süni intellektə malik stolüstü robotu təqdim etməyi planlaşdırır.

Bundan əlavə, şirkət displey və ev müşahidə kameraları ilə təchiz ediləcək ağıllı dinamik üzərində də işləyir.

Stolüstü robotun əsas funksiyalarından biri video zənglər olacaq. O, hərəkət edərkən istifadəçini kadrda saxlaya biləcək.