Müəllif: Mehin Qasımova/Banco.az
"Apple" bütün cihazlarda generativ süni intellekt (AI) dəstəyini tətbiq edəcək.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Nəşrin məlumatına görə, “Apple” artıq süni intellektin öyrənilməsi ilə məşğul olan bir neçə startap alıb.
Şirkət bir çox xidmətlərə süni intellekt dəstəyi əlavə etmək niyyətindədir.
Hazırda , "Apple" mühəndisləri proqram və xidmətlər yaratmağa imkan verəcək tərtibatçılar üçün süni intellektə əsaslanan alət üzərində işləyirlər.
Şirkətin süni intellektə hər il təxminən bir milyard dollar xərcləyəcəyi bildirilir.
İT nəhənginin liderləri qeyd edirlər ki, süni intellektin geniş yayılmasına qədər təhlükəsizlik və məxfilik məsələləri həll edilməlidir.
"Apple" "ChatGPT"yə rəqib olacaq süni intellektli chatbot olan "AppleGPT" üzərində işlədiyini açıqlayıb.
Şirkət məşhur chatbot-a rəqib yaratmaqda maraqlıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!