Müəllif:Ayşən İmanova/Banco.az
"Apple" şirkəti İOS 18.1-in buraxılması ilə "Apple Intelligence" adlı süni intellekt xidmətini istifadəyə verməyi planlaşdırır.
Banco.az xəbər verir ki, şirkət bu xidmətin imkanlarını və əhatə dairəsini genişləndirməyi nəzərdə tutur ki, bu da əlavə server gücünə ehtiyac yaradacaq.
Məsələnin həlli üçün "Apple" artıq "Foxconn" ilə lazımi avadanlıqların istehsalı üçün danışıqlar aparır.
Lakin müqavilə hələ ki imzalanmayıb və onun ümumiyyətlə imzalanmaması ehtimalı var. Bildirilir ki, "Lenovo Group" və "Universal Scientific Industrial" kimi digər süni intellekt bazarının iri oyunçuları da "Foxconn" ilə serverlərinin yığımı üçün əməkdaşlıq etməyə çalışırlar.
Buna baxmayaraq, "Foxconn" "Apple" üçün istisna edə bilər. "Apple" şirkətinin nə qədər serverə ehtiyacı olduğu dəqiq göstərilməyib, lakin məlumdur ki, bu avadanlıq yalnız daxili istifadə üçün nəzərdə tutulub və az miqdarda sifariş edilə bilər.
Qeyd edək ki, iOS 18.2-nin buraxılışı 2024-cü ilin dekabrına planlaşdırılır.