Müəllif:Ayşən İmanova/Banco.az
“Samsung” satılan smartfonların sayına görə “Apple”ı növbəti dəfə geridə qoyub. Amerika şirkətinin performansı, qismən də Çində dövlət işçilərinə iş yerində xarici cihazlardan istifadənin qadağan edilməsi ilə bağlıdır.
Banco.az xəbər verir ki,2024-cü ilin yanvar-mart aylarında “Apple” smartfonlarının satışı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% azalıb.Amerika şirkətinin bazar payı 17,3% təşkil edib.
Eyni zamanda, Cənubi Koreya şirkəti “Samsung”un satışları 0,7% azalaraq 60,1 milyon ədəd təşkil edib.
Üçüncü yerdə 40,8 milyon smartfon tədarük edən və bazarın 14,1%-ni tutan “Xiaomi” qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə ilin ilk üç ayında 289,4 milyon smartfon satılıb ki, bu da bir il əvvəlkindən 7,8% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!