"Apple" şirkətinin rüblük gəlirində azalma müşahidə olunub | Banco.az

"Apple" şirkətinin rüblük gəlirində azalma müşahidə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple”ın aprel-iyun dövründə gəliri illik 1 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhənglərindənApple” firması aprel-iyun aylarını əhatə edən dövrü üzrə balans hesabatını açıqlayıb.

İyulun 1-də başa çatan və o tarixə qədər üçüncü rüb olaraq qəbul edilən dövr ərzində şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 81,8 milyard dollar olub. 2022-ci ilin üçüncü rübündə şirkətin gəliri təxminən 83 milyard dollar təşkil edirdi.

İllik müqayisədə azalma baş verməsinə baxmayaraq, yenə də proqnozlardan yüksək olan gəlirin bu dövrdə 81,7 milyard dollar olacağı gözlənilirdi.

“Apple”ın 2022-ci ilin üçüncü rübündə 19,4 milyard dollar olan xalis mənfəəti isə bu dövrdə 2,5 faiz artaraq 19,9 milyard dollara çatıb. 

Şirkətin bir səhmi üzrə əldə etdiyi mənfəət isə bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram