"Apple" şirkəti "Spotify"a qarşı vergi yayındırmaq iddiası irəli sürüb | Banco.az

"Apple" şirkəti "Spotify"a qarşı vergi yayındırmaq iddiası irəli sürüb

Bu iki şirkət arasında gərginlik uzun müddətdir davam edir. "Apple" özünə məxsus "Apple Music" servisini irəli çıxarmaq üçün "Spotify"a bir sıra sanksiyalar tətbiq edib. "Apple" şirkətinin iddiasına əsasən, bir aylıq abunə sisteminə əsaslanan "Spotify" "App Store" üçün yalnız 15 faiz həcmində haqq ödəyir və "App Store" üzərindən abunəliyi olan istifadəçilər "Spotify"ın bütün istifadəçilərinin yalnız 0,5 faizini təşkil edir. Bu, 680.000 istifadəçi deməkdir. Onlar 2014-cü ildən 2016-cı ilə qədər proqram təminatı alaraq abunə olan istifadəçilərdir. Problem isə bundadır ki, "Apple" şirkətinin proqram təminatını satın alanların ilk ildə abunə haqqının 30 faizini tətbiqləri təkmilləşdirənlərə ödəməsi ilə bağlı öhdəliyin olmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

"Spotify" "Apple" şirkətinin qoyduğu bu qaydaya qəti etirazını bildirib. Etiraza səbəb kimi "Uber" və "Deliveroo" və s. proqram təminatlarının istifadəçilərinin abunədən 30 faizi həcmində haqq tutmadığı göstərilir. Qeyd edilib ki, "Apple" yalnız rəqəmsal məhsullara aid proqram təminatlarının satın alınmasına görə komissiya haqqı alır, buna görə də bu haqq "Uber" və "Deliveroo" kimi tətbiqlərə aid edilməməlidir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et