“Apple” şirkəti ondan 2,5 milyon dollar oğurlayan fırıldaqçılara təşəkkür edib | Banco.az

“Apple” şirkəti ondan 2,5 milyon dollar oğurlayan fırıldaqçılara təşəkkür edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” şirkəti ondan 2,5 milyon dollar oğurlayan fırıldaqçılara təşəkkür edib.

Banco.az xəbər verir ki, “Apple” şirkəti San-Fransiskoda baş verən kiberdələduzluq hadisəsi nəticəsində 2,5 milyon dollar ziyana düşüb.

Ancaq “Apple” fırıldaqçıya qarşı məhkəmə iddiası qaldırmayıb, əksinə, şübhəlinin dələduz hərəkətlərinə baxmayaraq, “köməyinə” görə şirkət adından təşəkkür edib.

Belə ki, “ZeroClicks” Laboratoriyasının təhlükəsizlik üzrə tədqiqatçısı Nuh Roskin-Frazi və onun tərəfdaşı sifarişlərin qiymət detallarını dəyişdirərək məhsulları pulsuz göndərmək üçün “Apple”ın daxili sifariş sisteminə müdaxilə edə bilib. Roskin-Frazi parolun sıfırlanması funksiyasındakı boşluqdan istifadə edərək “Apple” işçisinin hesabına icazəsiz giriş əldə edib.

Qeyd edək ki, iki nəfər tərəfindən həyata keçirilən kütləvi fırıldaqçılıq hadisəsində 25-dən çox saxta sifariş iştirak edib. İzlərini gizlətmək üçün saxta şəxsiyyətlərdən istifadə edərək təxminən 2,5 milyon dollarlıq məhsulu üçüncü tərəflərə satmağa müvəffəq olublar. Cinayətlərin 2018-ci ilin dekabrında başladığı və 2019-cu ilin martına qədər davam etdiyi bildirilir, lakin Roskin-Frazi yalnız 2024-cü ilin yanvarında həbs edilib.

Ən sərfəli kredit üçün müraciət et

“Apple” firması isə Nuh Roskin-Frazi və Prof.J-yə köməklərinə görə təşəkkür etmək istədiklərini bildirib. Aşkar edilən məlumata görə, fırıldaqçılar əvvəllər şirkətə təhlükəsizlik problemləri ilə bağlı məlumat veriblər. Bununla belə, dələduzlar təqsirli bilinəcəkləri təqdirdə onlara 20 ildən çox müddətə azadlıqdan məhrum etmə cəzası verilə biləcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et